Loading

Xoş gəlmisiniz!

S.Modus — 1998-ci ildən Azərbaycan bazarında müvəffəqiyyətlə çalışan və memarlıq planlaşdırma, tikinti və dizayn sahəsində öz fəaliyyətini həyata keçirən memarlıq şirkətidir. Bu tərkibdə təşkil olunan komandamız hələ 90 cı illərin əvvəlindən birgə çalışır.

Bizim şirkətimiz tikinti üçün mühəndis tətqiqatlarını keçirir, çoxmərtəbəli yaşayış binalarının və komplekslərini, ictimai, ticarət və istehsal binaları, fərdi yaşayış evləri, idman və turizm infrastruktur obyektlərinin layihələşdirməsini həyata keçirir.Biz istənilən səviyyədə olan yaşayış və qeyri yaşayış məkanlarının yenidən qurma və abadlıq işləri həyata keçirir həmçinin məkanın landaşft dizaynı və interyerini qururuq. Bizim şirkətimiz öz fəaliyyətini həm Azərbaycanda həm də ölkəmizin hüdudularından kənarda həyata keçirir.

Biz daima inkişaf edirik və əminik ki, ən yaxşı layihəmizi hələ ərsəyə gətirməmişik. Bizim komandamız geniş təxəyyül və yaradıcılıq tərzinə malik olan böyük təcrübəli peşəkarlardan ibarətdir. İstənilən mürəkkəb layihə bizim mütəxəssislərimizin öz bacarıqlarının təkmilləşdirilməsi və şirkətin inkişafı üçün stimuldur. Bizim şirkətimiz üçün icrası mümkün olmayan layihə yoxdur. Bu baxımdan şirkətimizin reputasiyasını qiymətləndiririk.

S.Modus şirkətinin adı – 1997-ci ildə qəfil ölümü ilə məni sarsıdan, möhkəm dostluq bağlarımın olduğu və iş ortağım olan Azərbaycanın istedadlı memarı Sənan Soltanovun xatirəsinə həsr olunub.

Famil Ağayev, S.Modus şirkətinin Baş direktoru

Son işlərimiz